Tikinti Insaat
LAYİHƏLƏNDİRMƏ
İnteryer və eksteryer
DİZAYN
Memarlıq və interyer dizayn
TƏDRİS MƏRKƏZİ
“Memar Ramiz Hüseynov” adlı kitabımın təqdimatı baş tutdu.

Tarix:

2025

Bu, təkcə bir müəllif kimi deyil, həm də Ramiz müəllimin sənətinə və irsinə olan dərin hörmətimin bir ifadəsi idi. İçimdə həm böyük qürur, həm də kövrək bir sevinc var – çünki bu kitabda bir ömürlük zəhmətin, fədakarlığın və yaradıcılıq ruhunun izlərini daşıyan bir insanın həyat yolu əks olunub. Bu təqdimat anı mənim üçün təkcə bir mərhələ deyil, həm də dərin bir təşəkkürdür – həm müəllif olaraq özümə, həm də ruhən bu işə dəstək verən hər kəsə. Bu kitabla Ramiz Hüseynovun memarlıq sənətimizdə qoyduğu izləri gələcək nəsillərə ötürmək istədim. Və bu gün hiss edirəm ki, bu missiyanı sevgi və inamla həyata keçirmişəm. Aysel Hüseynova