Tikinti Insaat
LAYİHƏLƏNDİRMƏ
İnteryer və eksteryer
DİZAYN
Memarlıq və interyer dizayn
TƏDRİS MƏRKƏZİ
Sabirabad "Heydər Əliyev mərkəzi"

Yaradılma tarixi:

2016

Heydər Əliyev Mərkəzinin binası orijinallığı ilə Sabirabad şəhərinin gözəlliyini daha da artırır. Bu Mərkəzin yaradılması ilk növbədə sabirabadlıların Ümummilli Liderin xatirəsinə ehtiramını nümayiş etdirir.Diqqətə çatdırıldı ki, Mərkəzin inşasına ötən ilin noyabrında başlanılmışdır. Binanın ümumi sahəsi 5,2 min kvadratmetrdir. Üçmərtəbəli binanın birinci mərtəbəsində internet kafe və rəqs studiyası, konfrans zalı və müasir akustika sistemi ilə təchiz edilmiş 3D kinozalı fəaliyyət göstərir. İkinci mərtəbədə ümummilli lider Heydər Əliyevin büstü qoyulmuş, Ulu Öndərin Sabirabad və rayon sakinləri haqqında fikirlərinin əks olunduğu stendlər quraşdırılmışdır. Buradakı ekspozisiya zalında fotolar və Ulu Öndərin təhsili, fəaliyyəti ilə bağlı digər sənədlər böyük maraq doğurur. Binanın 1094 kvadratmetr sahəsi olan ekspozisiya zalında dahi şəxsiyyətin müxtəlif dövrlərdə çəkilmiş fotoları sərgilənir. Zalda müxtəlif bölmələrdə Ümummilli Liderin uşaqlıq, gənclik, tələbəlik, sovet dönəmi və müstəqillik illərində ölkəyə rəhbərlik etdiyi dövrlərdəki fotoları maraqla qarşılanır. "Heydər Əliyev və Sabirabad. 1970-1998-ci illər" bölməsində dahi rəhbərin bu rayona səfərlərini əks etdirən fotolar yer almışdır. Bu fotolar bir daha sübut edir ki, Ümummilli Lider Azərbaycana rəhbərliyinin bütün dövrlərində Sabirabadın da inkişafına xüsusi diqqət göstərmişdir. Ulu Öndərin Sabirabada 15 dəfə səfər etməsi bunun bariz nümunəsidir. Ümummilli lider Heydər Əliyevin rayondakı müxtəlif obyektlərin açılışlarında iştirak etməsi, ictimaiyyət nümayəndələri, ziyalılar və zəhmətkeşlərlə görüşləri sabirabadlıların xatirində dərin izlər buraxmışdır.