Tikinti Insaat
LAYİHƏLƏNDİRMƏ
İnteryer və eksteryer
DİZAYN
Memarlıq və interyer dizayn
TƏDRİS MƏRKƏZİ
Beyləqan şəhərində H.Əliyev mərkəzi

Yaradılma tarixi:

2012

Şəhərin Heydər Əliyev adına parkında ucaldılan Heydər Əliyev mərkəzinin inşasına 2012-ci ilin aprel ayının ortalarında başlanılmışdır. Mərkəz kürsü hissədən və iki mərtəbədən ibarətdir. Kürsü hissəsi ilə birlikdə mərkəzin ümumi sahəsi 1296 kvadrat metrdir. Mərkəzin I mərtəbəsində rəsm studiyası, foto-studiya, elektron kitabxana, internet klub, ingilis dili kursu, xalçaçılıq sinfi, II mərtəbəsində isə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən muzey salonu, virtual sinif, kiçik konfrans zalı və akt zalı yerləşir. Mərkəz müasir işıqlandırma və isitmə-soyutma sistemi ilə təchiz olunmuşdur. Mərkəzin tikintisində qranit daşlardan və müasir tikinti materiallarından istifadə olunmuşdur.